Onun sözlərinə görə, İran Çin, Nikaraqua, Rusiya, Venesuela və Belarusla birlikdə nüvə silahlarının yayılmaması müqaviləsinin (NPT) bütövlüyünü qorumaq məqsədilə sülhməramlı nüvə obyektlərinə hücum və ya hücum təhdidlərinin qadağan edilməsini nəzərdə tutan sənəd təqdim edib.
Bəqai bildirib ki, layihədə bütün ölkələrin "nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə ayrılmaz hüquqa malik olduğu" və "istənilən hücum və ya hücum təhdidinə qarşı effektiv zəmanətə layiq olduğu" açıq şəkildə vurğulanır.
"Mətn həmçinin bütün dövlətləri digər ölkələrin sülhməramlı nüvə obyektlərinə hücum və ya hücumla hədələməkdən çəkinməyə çağırır. Bu prinsiplər mütləq qorunmalıdır. Beynəlxalq ictimaiyyət artıq qanunsuzluğu legitimləşdirməyə yönələn cəhdlərin adi hala çevrilməsinin qarşısını almaq üçün qəti tədbirlər görməlidir," - deyə İran XİN rəsmisi əlavə edib.