RU

Mingəçevirdə ana və dərsə gedən iki övladını maşın vurdu

Mingəçevirdə minik maşını övladlarını məktəbə aparan ana və iki övladını vurub.
 
Moderator.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin 6 saylı orta məktəbin qarşısından keçən hissəsində baş verib. "Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları - 2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.
 
Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.
 
Faktla bağlı araşdırma başlanıb.
 
Избранный
44
5
moderator.az

7Источники