RU

Bakıda İsrail və Suriya nümayəndələri arasında görüş keçiriləcək

İsrail və Suriya nümayəndələri sentyabrın 18-də Bakıda təhlükəsizlik məsələləri ilə bağlı növbəti görüş keçirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Sky News Arabia” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani təklif olunan təhlükəsizlik sazişini müzakirə etmək üçün sentyabrın 17-də Londonda görüşəcəklər.

Qeyd olunub ki, danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barak da iştirak edəcək. 

Daşqın HəsənovMissiya.Az

Избранный
28
missiya.az

1Источники