BAKI, 17 sentyabr. TELEQRAF
Cari ilin birinci yarımilində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,2 milyard ABŞ dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
"Hesabat dövründə Azərbaycanın digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi isə 1,3milyard ABŞ dolları təşkil edib." -deyə o qeyd edib.