İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib.
APA xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.
Qeyd olunur ki, Babək Şahbazi 2024-cü ilin yanvarında saxlanılıb. O, İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və onlara məxfi məlumatlar verməkdə ittiham olunurdu.
Bundan əlavə, Şahbazi 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə müharibədə kömək təklif edən mesajlar göndərib.