"Football-plus.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfrasında deyib. O, bildirib:
“Son vaxtlar futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan heç nə yoxdu. İlk dəqiqələrdən futbolçularıma bildirdim ki, oyundan həzz almalıyıq. Çox üzərlərinə gedirdim ki, cəsarətli olmalıyıq. Dedim, bəli, səhvlər olacaq. Qarşımızdakı usta komandadı. Buna baxmayaraq, istəyimizdən əl çəkməməliyik. İnanın ki, bunu asan qələbə saymırıq. Sadəcə, bu gün bu zəfər bizə yazılmışdı”.