RU

Çinə qarşı sanksiyaları gücləndirməyi planlaşdırırlar

Çinə

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampı nəhayət, Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyə inandırmaq məqsədi daşıyan diplomatik kampaniya çərçivəsində Kremlin hərbi səyləri ilə əlaqəli daha çox Çin şirkətlərinə qarşı sanksiyalar təklifini planlaşdırır.

Reyting.az
xatırladır ki, Donald Tramp bu yaxınlarda bəyan edib ki, o, Aİ-yə Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaları gücləndirmək üçün qoşula bilər, ancaq bir şərtlə: NATO ölkələri Rusiya neftinin idxalını tamamilə dayandırmalı və Çindən gələn mallara 50-100 faiz rüsum tətbiq etməlidir.

Buna cavab olaraq, Aİ diplomatları həm əhəmiyyətli dərəcədə azaldılmış Rusiya neftinin qalan idxalına son qoymaq, həm də Trampın Çinə təzyiq cəhdlərini dəstəkləmək istəklərini nümayiş etdirməyə çalışırlar.

“Politico”ya danışan üç diplomat, 19 sentyabr cümə günü gözlənilən AB-nin 19-cu sanksiya paketi ilə bağlı müzakirələrə Çin şirkətlərinin hədəf siyahısına mümkün əlavə edilməsinin də daxil olduğunu bildiriblər. Lakin bu, Trampın rüsum tələbindən xeyli geri qalır. Odur ki, bu, ABŞ prezidentini qane etməyib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen yeni sanksiyaların “kriptovalyuta, banklar və enerjini” hədəf alacağını qeyd edib, lakin bəyanatında Çindən bəhs edilməyib. Amerika liderinin Avropanın səylərindən narazı qala biləcəyi bildirilir. Avropalı diplomatlar qorxurlar ki, Trampın tələbləri, xüsusən də Aİ-nin qeyri-mümkün hesab etdiyi tarif tələbi və müharibəni dayandırmaq üçün qəti addımların atılmamasına görə məsuliyyəti NATO müttəfiqlərinə həvalə etmək üçün tələyə çevrilə bilər.

“Trampın mesajlarından bəziləri məna kəsb etsə də, bəziləri sadəcə, heç nə etməmək üçün bəhanələr uydurur”, - adının açıqlanmasını istəməyən Aİ rəsmisi deyib. Tramp elə şərtlər qoyur ki, onların yerinə yetirilməsinin qeyri-mümkün olduğunu bilərək, sonradan məsuliyyətdən yayınmaq üçün heç nə edə bilməyəcəyini iddia etmək üçün bəhanəyə çevriləcək.

Avropalıların fikrincə, məsuliyyəti Qərb müttəfiqlərinə yükləmək imkanından başqa, Trampın tələsinin iqtisadi tərəfi də var.

Çindən idxala 100 faizə qədər tariflər Avropada rekord inflyasiyaya səbəb olacaq və Aİ iqtisadiyyatını sarsıdacaq. Rusiya enerjisinə tam qadağa ABŞ-nın mayeləşdirilmiş təbii qaz ixracını genişləndirmək ambisiyalarını dəstəkləyəcək.

E. KAMAL
Избранный
18
reyting.az

1Источники