RU

Erməni hərbçilərin cinayətləri sübuta yetirilir

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlər və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət (ehtiyat hakim Günel Səmədova) tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib.

Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək “ittiham edildiyi cinayət işi üzrə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin, Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini xahiş edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki, təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. Qəbul edilmiş qərara əsasən prosesin hazırkı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunur.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər də vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

Daha sonra Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu deyib. Vəsatətə münasibət bildirən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bildirib ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün onun işinə hərbi məhkəmədə baxılır.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu bəzi cinayət əməlləri hərbi cinayət hesab edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə hərbi məhkəmədə baxılır. Qeyd olunanlara əsasən vəsatətlər rədd edilib.

Sonra zərərçəkmiş Azad Kərimovun atası Zakir Kərimov övladının Kəlbəcərdə, Akşin Nəsibovun hüquqi varisi Vasif Nəsibov övladının Ağdərədə, Yunis Kazımovun hüquqi varisi Qasım Kazımov övladının Kəlbəcərdə, Kamran Hüseynovun atası Namiz Hüseynov oğlunun Xankəndi-Şuşa yolunda, Elşən Xankişiyevin hüquqi varisi Aidə Xankişiyeva övladının Xocalıda, Cəmil Qurbanzadənin atası Anar Qurbanov övladının Laçında, Əli Babazadənin hüquqi varisi Rüstəm Babayev övladının Xankəndidə, Toğrul Əliyevin hüquqi varisi Qızılgül Əliyeva övladının Xocavənddə, İslam Dünyamalıyevin hüquqi varisi Gülşən Dünyamalıyeva oğlunun Ağdərədə, Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun Kəlbəcərdə, Zöhrab Kərimovun atası Azad Kərimov övladnın Laçında, Məhəmməd Məmmədovun atası Bilal Məmmədov övladının Kəlbəcərdə, həlak olduqlarını bildiriblər.

Əbdülmətin İsmayılov deyib ki, Laçın rayonunda qarşı tərəfdən atılmış artilleriya mərmilərinin partlaması nəticəsində kəllə-beyin travması alıb və diz nahiyəsindən yaralanıb. Həmin vaxt Məhəmməd Hüseynov və Eltac Əhədov həlak olub, onun özündən başqa Kamal Bəhrəmov, Cavid Qurbanov, Əhəd Əsədullayev, Dilqəm Həsənov, Nicat Şükürov xəsarətlər alıblar.

Zərərçəkən Rəşad Ağayev ifadəsində bildirib ki, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində xəsarət alıb. Həmin vaxt Vüsal Rüstəmov, Elvin Əliyev, Nihad Quluzadə, Əlibəy Əlibəyov, Ağami Əlişanov, Altun Əliyev həlak olub. Paşa Abayev bildirib ki, Ağdam rayonunun Əliağalı kəndində xəsarət alıb. Nəriman Kərimov bildirib ki, Xocavənddə yaralanıb. Elşən Zeynalov Ağdamda qəlpə xəsarəti aldığını deyib. Fərid Həsənov Ağdərədə yaralandığını söyləyib. Mirzəli Mirzəyev Xankəndidə yaralandığını deyib. Şəhriyar Zamanov Ağdərədə qəlpə yarası aldığını söyləyib. Anar Abasov ifadəsində qeyd edib ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindəki dağlıq-meşəlik ərazidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkən Şirxan Hacıməmmədov bildirib ki, Laçında yaralanıb.

Elvar Nəhmətzadə Ağdamda xəsarət aldığını deyib. Taleh Qurbanov i qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndində Davud Qiyaslı və Ramin Məmmədov həlak olub, Mirəli Ağalarov və Pünhan Kazımov xəsarət alıblar. Amid Piriyev bildirib ki, Ağdamda yaralanıb. Nəciməddin Ələsgərov qeyd edib ki, Ağdərədə kəllə-beyin travması alıb. Şöhrət Aslanov bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsi minaya düşüb və yaralanıb.

Zərərçəkən Nurlan Abışov bildirib ki, Ağdərədə özü, Cavanşir Xəlilov və Pərviz Şirinov xəsarət alıblar. Hüseyn Müseyibov Ağdərədə xəsarət aldığını söyləyib. Bəxtiyar İsmayılov qeyd edib ki, Ağdərədə xəsarət alıb. Cəfər İsmayılov və Telman Əhmədov Xocalı rayonunun Xanabad kəndində yaralandıqlarını deyiblər.

Digər zərərçəkənlər - Babək Əhmədli, Ömər Nəsirov, Nurlan İbrahimov, Cavid Süleymanov, Elvin Hüseynov, Əkbər Səfərov, Ramil Məmmədov, Rəşad Süleymanov, Namiq Əlizadə, Raqif Mirzəyev, Vüsal Əhmədov, Afər Hüseynov, Bayram Hüseynov Sərxan Mahmudov, Niyaz Niyazəliyev, Yasin Cəbrayılov, Ruslan Nurəliyev isə müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.

Bundan başqa, məhkəmə prosesinin gedişində Ruben Vardanyanın vəkili təqsirləndirilən şəxslə konfidensial görüş üçün imkan yaradılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.

XQ

Избранный
32
xalqqazeti.az

1Источники