RU

''Futbolçularımla qürur duyuram'' - Qurban Qurbanov

Bu cür qələbələr futbolumuz üçün önəmlidir.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib: "Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək".

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Избранный
21
9
redaktor.az

10Источники