RU

Gürcüstan Azərbaycana “tarixi borc”unu qaytardı

Gürcüstan sentyabr ayında Azərbaycanın da daxil olduğu bir sıra kreditor dövlətlər qarşısında qalan xarici borc öhdəliklərini tam şəkildə bağlayıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, söhbət 2004-cü ilin iyulunda Paris Klubu çərçivəsində restrukturizasiya olunan borclardan gedir. Həmin borclar Gürcüstanın müstəqillik əldə etdiyi ilk illərdə formalaşmışdı.

Bu çərçivədə Gürcüstan təkcə Azərbaycana deyil, həm də Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderland qarşısında olan borclarını da tam ödəyib.

Ümumilikdə ödənişlər 160 milyon ABŞ dolları məbləğində əsas borc, 1999–2004-cü illərdə yığılan faizlər və əvvəlcədən təsdiqlənmiş qrafik üzrə 2004–2006-cı illərdə ödənilməli olan öhdəlikləri əhatə edib.

Gürcüstanın bu istiqamətdə etdiyi ümumi ödənişlərin həcmi 225 milyon dollardan çox olub.

Избранный
19
4
modern.az

5Источники