Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün institusionallaşdırılmasının davamı üzərində işləməyə sadiq olduğunu bir daha təsdiqləyib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Paşinyan öz “X” hesabında ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqton görüşü barədə paylaşımına münasibət bildirərkən yazıb.
“Bir daha sizə, Prezident Tramp, Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinizə görə minnətdarlığımı bildirirəm – daha əvvəl heç kim belə bir nailiyyət əldə etməmişdi. Mən sülhün institusionallaşdırılmasının davam etdirilməsi və TRIPP-nin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi – red.) həyata keçirilməsi üzərində işləməyə sadiq olduğumu bir daha təsdiqləyirəm”, – deyə Paşinyan bildirib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.