RU

Şair Əlisəmid Kürün səhhəti stabilləşib - AÇIQLAMA

“Atamın səhhəti stabildir. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. Həkimlər atamın səhhətinin yaxşı olması üçün əllərindən gələni edirlər”.

Bunu Teleqraf-a Şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva atasının son durumundan danışarkən deyib.

Respublika Diaqnostika Mərkəzinin PR və Marketinq şöbəsinin müdiri Samir Orucov Teleqraf-ın sorğusuna cavabda bildirib ki, Əlisəmid Kürün müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

"Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər həyata keçirilir".

Qeyd edək ki, Şair Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
Избранный
7
2
sherg.az

3Источники