İranın Əhvaz şəhərində yaşayış komplekslərindən birində qaz partlayışı baş verib.
APA İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub.
Partlayış yaşayış kompleksinin 4 blokuna ciddi ziyan vurub.
Faktla bağlı araşdırma aparılır.