Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 sentyabr 2025-ci il tarixində saat 10:00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Naftalan, Goranboy və Xocalı sakinlərinin qəbulu keçiriləcəkdir.
Məlumatı nazirliyin mətbuat xidməti verib.
Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
P.Əmircanov
XQ