RU

Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası

Azərbaycanda idman federasiyalarının maliyyələşdirilməsi sahəsində diqqətçəkən səlahiyyət dəyişikliyi baş verib. Artıq bu prosesə Gənclər və İdman Nazirliyi deyil, birbaşa Maliyyə Nazirliyi nəzarət edəcək.

Məlumata görə, Maliyyə Nazirliyinin şifahi tapşırığı əsasında federasiyaların ölkədaxili və beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi dayandırılıb. Bundan sonra vəsaitlərin ayrılması və xərclənməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu, bir mənada gənclər və idman naziri Fərid Qayıbovun “əlini puldan çək” xəbərdarlığıdır. Səlahiyyətin alınması isə nazirlik daxilindəki idarəetməyə, xüsusilə də federasiya-nazirlik münasibətlərinə ciddi təsir göstərəcək.

Xatırladaq ki, bu ilin əvvəlində Fərid Qayıbovun müavini Mariana Vasileva vəzifəsindən azad edilmişdi. Səbəb onun idmançılara qarşı fiziki zorakılıqda ittiham olunması idi. Maraqlıdır ki, Vasileva işdən çıxarıldığı gün nazir Qayıbovun onunla selfi paylaşması cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. Bu, həm də ictimai rəydə nazirlə bağlı neqativ assosiasiyalar yaratdı. Məhz bundan sonra Fərid Qayıbovun yaxın müddətdə vəzifədən kənarlaşdırılacağı iddiaları gündəmə gəldi.

Maliyyə məsələsindən sonra da “sarı kart” almış nazirlər siyahısında yer alan Fərid Qayıbovun yaxın vaxtlarda postunu tərk edə biləcəyi ilə bağlı iddialar dolaşır. Bu dəyişikliklər, görünür ki, təkcə struktur yox, həm də kadr səviyyəsində ciddi yenilənmələrə yol açacaq.

Globalinfo.az

Избранный
25
2
editor.az

3Источники