RU

Yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyitərəfindən bu ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə94 min reabilitasiya vasitəsi verilib.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən48-i mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətrafprotezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedikayaqqabı, 347 eşitmə aparatı, 388 korset və s. reabilitasiyavasitələri təqdim olunub.

Cari ilin 8 ayında əlilliyi olan 10,4 min şəxs reabilitasiyavasitələri ilə təmin edilib.

Избранный
34
7
az.trend.az

8Источники