RU

“Vətəndaşların çoxu Bakıya üz tutur, yaxşı hal deyil”

“Vətəndaşlarımızın çoxu Bakıya üz tutur. Bunun da bəzi səbəbləri var və biz o problemləri aradan qaldırmalıyıq. Azərbaycan yalnız Bakıdan ibarət deyil”.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Bu, ciddi bir məsələdir. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik. Bu da yaxşı hal deyil”, - millət vəkili qeyd edib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc əlavə edib ki, dövlətin məcburi köçkünlərə, qaçqınlara münasibəti əsas götürməlidir: “Onun üzərindən təşviq aparmalıyıq, ictimai məlumatlandırma etməliyik. Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımızla hər şeyini itirmiş məcburi köçkünlər ətlə-dırnaq kimi bir-birinə bağlı yaşayıblar. Bu dövlət “torpaqları azad etməyəcək” deyənlər, indi də “o torpağı köçkünlərə verməyəcək” sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər. Qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır”.

Naqif Həmzəyev bu məsələyə münasibət bildirib: “Bu gün biz çox əziyyət çəkirik. Keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır. Dövlət nə mümkündürsə, edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan qabaqki məcburi köçkünün yaşadığı həyat tərzi və sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdır. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik. Biz məcburi köçkünü məcbur etməməliyik ki, get orada yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.

"Cebheinfo.az" 

Избранный
52
cebheinfo.az

1Источники