RU

Tokayev: Nüvə Armageddon təhlükəsi son onilliyin ən yüksək həddindədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya və Ənənəvi Dinlərin VIII Qurultayında qlobal təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı nüvə münaqişəsi riskinin ciddi narahatlıq doğurduğunu bildirib.

"Nüvə Armageddon təhlükəsi ekspertlər tərəfindən son onilliyin ən yüksək həddi kimi qiymətləndirilir. Təəssüf ki, konstruktiv təşəbbüslər və detensiya siyasəti əvəzinə qarşıdurma xarakterli qərarlar vüsət alır".

Tokayev əlavə edib ki, dünyada ticarət və sanksiya müharibələrinin aparılması təhlükəsi də mövcuddur. O, ölkələri beynəlxalq münaqişələrin həllində ilk növbədə diplomatiyaya üstünlük verməyə çağırıb.

Избранный
19
1
operativmm.az

2Источники