Azərbaycanın həndbol referiləri Ləman və Aydan Həmidova bacılarının Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, perspektivli hakimlər təcrübələrini daha da artırmaq məqsədilə Avropada bir neçə seminar və proqrama qatılıblar.