RU

Yankoviçin durumu necədir?

style='margin-bottom:10px;'>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhəlısinin ilk turunda “Benfika” ilə keçirilən oyunda zədələnən futbolçusu Marko Yankoviçin durumundan danışıb.

QOL.az xəbər verir ki, o, Bakıya qayıtdıqdan sonra jurnalistlərə müsahibəsində deyib ki, monteneqrolu yarımmüdafiəçinin durumu ciddi deyil. 

“Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Həm də yorğun olduğunda görə bir az ağrısı çox oldu. Ciddi bir şey olmamlıdır”.

Xatırladaq ki, "Qarabağ"da Yankoviç "Benfika" ilə matçın 77-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.

Избранный
38
2
teleqraf.com

3Источники