UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda bu gün daha 6 qarşılaşma baş tutacaq.


Rekord.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "İnter"lə üz-üzə gələcək. 


"Liverpul" "Atletiko"nu qəbul edəcəksə, "Çelsi" səfərdə "Bavariya"nın qonağı olacaq. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda "Atalanta" ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

17 sentyabr


20:45. "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr)

20:45. "Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç)

23:00. PSJ (Fransa) - "Atalanta" (İtaliya)

23:00. "Bayern" (Almaniya) - "Çelsi" (İngiltərə)

23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)

23:00. "Ayaks" (Niderland) - "İnter" (İtaliya)