RU

“Politico”: Aİ Çinə qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa Vaşinqtonun dəstəyini qorumağa çalışır, lakin Çinə qarşı sərt tariflər tətbiq etməyə hazır deyil.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, Avropa İttifaqı Ukraynaya qarşı Rusiya müharibəsində iştirak edən Çin şirkətlərinə qarşı yeni sanksiyalar təklif etməyi planlaşdırır.

Bildirilir ki, bu addım ABŞ Prezidentini Moskvaya təzyiq göstərməyə inandırmaq məqsədilə aparılan diplomatik kampaniyanın bir hissəsi olacaq.

Həftəsonu Donald Tramp bəyan edib ki, NATO ölkələri tamamilə Rusiya neftinin idxalını dayandırsa və Çin məhsullarına 50-100% gömrük rüsumları tətbiq etsələr, o, Vladimir Putinə qarşı sanksiyaları dəstəkləməyə hazırdır.

Buna cavab olaraq, Aİ diplomatları Rusiya neftinin idxalını azaltmağa və ABŞ-ın Pekinə qarşı kursunu dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər.

Избранный
10
1
apa.az

2Источники