RU

Tramp dərhal hərəkətə keçməlidir! Almaniyadan çağırış

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ-ı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, tutarlı səbəb kimi Polşadakı dron insidentini göstərib.

“Donald Tramp administrasiyası bir neçə aydır ki, Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətini bəyan edir. ABŞ indi hərəkətə keçməlidir”, – deyə nazir bildirib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa ərazisinə 20-yə yaxın PUA düşüb. Hadisə fonunda NATO-ya məxsus döyüş təyyarələrinin zədələndiyi, bir neçə hava limanının isə müvəqqəti bağlandığı bildirilib. Baş nazir Donald Tusk məsələ ilə bağlı çıxışında Moskvanı təxribatda ittiham edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
globalinfo.az

1Источники