RU

Paşinyan erməni kilsəsinə qarşı addım atdı – Katolikos seçkisinə öz namizədini irəli sürür!

Ermənistan baş naziri Nikol Paşinyan “bütün ermənilərin katolikosu” seçkilərində öz namizədini dəstəkləməyə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Paşinyan Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək niyyətindədir. Hakimiyyət nümayəndələri onu “keçmişlər” tərəfindən təqib olunan din xadimi kimi təqdim edir və xüsusi himayə edir. Məqsəd isə Asatryanı qarşıdakı proseslərə qatmaqdır.

Qəzet yazır ki, Asatryan erməni apostol kilsəsinin daxilində sərt dini intizamı pozan və hazırkı ruhani rəhbərliyi açıq şəkildə tənqid edən yeganə keşişdir. Bu isə kilsə daxilində ciddi parçalanma yarada bilər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl N.Paşinyan bir daha bəyan edib ki, II Qareginin istefası məsələsində güzəşt olmayacaq.

Ermənistan hakimiyyəti ilə erməni apostol kilsəsi arasında qarşıdurma baş nazirin sosial şəbəkələrdə ali ruhaniləri tənqid edən sərt bəyanatlarından sonra kəskinləşib. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi qaydasını dəyişdirməyi və bu prosesdə dövlətin əsas rol oynamasını təklif edib.

Musavat.com

Избранный
25
3
musavat.com

10Источники