RU

Azərbaycan UEFA reytinqində xallarını artırıb

Azərbaycan UEFA reytinqində xallarını artırıb.

"Cebheinfo.az" xəbər verir ki, bunun səbəbi “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı məğlub etməsi olub.

Azərbaycan çempionu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 xal əlavə edib.

Bununla da, Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib. Ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 1 pillə irəlləyib və 25-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqə 95,450 xalla İngiltərə başçılıq edir.

"Cebheinfo.az" 

Избранный
21
5
cebheinfo.az

6Источники