RU

Rəsmi Tehran: İran Suriya ilə münasibət qurmağa tələsmir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İran Suriya ilə münasibətlər qurmağa tələsmir.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı deyib.

“Biz inanırıq ki, dostluq keçmişi olan iki islam ölkəsinin əlaqələrinin kəsilməsi əbədi deyil. İran özünü Suriya xalqının dostu bilir. Bizim mövqeyimiz budur ki, Suriyanın taleyi orada yaşayan bütün millətlərin və təbəqələrin hüquqlarının nəzərə alınması ilə təyin edilsin”, - Bəqayi bildirib.

İran XİN sözçüsü vurğulayıb ki, İranla dostluq Suriya xalqının xeyrinədir və dövlətlərarası münasibətlərin qurulması üçün qarşılıqlı etimada ehtiyac var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
4
apa.az

5Источники