RU

KTMT: Yaxın Şərqin terrorçuları Asiya üçün təhlükədir

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu sözləri KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "Sərhəd-2025" regional hərbi təliminin açılış mərasimində nitq söyləyərkən dilə gətirib. O diqqətə çatdırıb ki, dünyanın müxtəlif yerlərində köhnə münaqişələrin daha da qızışması ilə yanaşı yeni qaynar nöqtələr meydana gəlir. "Bu baxımdan bu və ya digər radikal qruplaşmanın Yaxın Şərqdən regionumuza doğru irəliləməsi, ölkələrimizin ərazisində öz ideologiyasını yayması, gəncləri terrorçuluğa şirnikləndirməsi potensial təhlükədir", – Baş katib vurğulayıb. Onun sözlərinə görə, belə bir təhlükədən yayınmaq naminə milli silahlı qüvvələrlə KTMT-nin Kollektiv Qüvvələri arasında qarşılıqlı fəaliyyət zəruridir. Məlumat üçün bildirək ki, "Sərhəd-2025" hərbi təlimləri Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistanın iştirakı ilə Qırğızıstanın Balıqçı şəhərində keçirilir. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
azvision.az

2Источники