RU

Çin İsraildən Qəzzada hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir

İsrail beynəlxalq ictimaiyyətin sərt çağırışlarına qulaq asmalıdır. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

O, bildirib ki, Çin hakimiyyəti ciddi humanitar böhranın kəskinləşməsinin qarşısını almaq üçün İsraildən Qəzza zolağında hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir.

"Biz israr edirik ki, İsrail beynəlxalq ictimaiyyətin sərt çağırışlarına qulaq assın və Qəzzada hərbi əməliyyatını dərhal dayandırsın. Təl-Əviv daha ciddi humanitar böhranın qarşısını almaq üçün mümkün qədər tez hərtərəfli və davamlı atəşkəsə nail olmağa razılaşmalıdır", - deyə Jian vurğulayıb. 

Gülşən Şərif

Избранный
26
4
bakivaxti.az

5Источники