RU

I Liqa: Ramiz Məmmədovlu "Mingəçevir" Bəxtiyar Soltanovlu "Cəbrayıl"a qarşı

Azərbaycan I Liqasında 2-ci tur start götürür. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə bir oyun baş tutacaq.

Üç günü əhatə edəcək turun açılış oyununda “Cəbrayıl” “Mingəçevir”i sınağa çəkəcək. Matç Şamaxıda keçiriləcək. 

Hər iki komanda mövsümə məğlubiyyətlə başlayıb. Bəxtiyar Soltanovun baş məşqçisi olduğu Qarabağ təmsilçisi ötən həftə "Zaqatala"ya 0:1, Ramiz Məmmədovlu "Mingəçevir" isə "Səbail"ə 0:2 hesabı ilə uduzub. Odur ki, hər iki komanda bugünkü qarşılaşmada qələbəyə köklənib.

Azərbaycan 1-ci Liqası
2-ci tur
17 sentyabr

16:00. “Cəbrayıl” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Qəzənfər Məmmədov, Mirnihat Seyidov, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Избранный
11
1
fanat.az

2Источники