RU

Paşinyan özünə yeni katalikos tapdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu postu uğrunda seçkilərdə Ovanavank monastırının rəhbəri Aram Asatryanın namizədliyini dəstəkləyəcək.

Modern.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, bu qərar hökumət ilə Ermənistan Apostol Kilsəsi arasında gərginliyin artdığı bir vaxtda verilib.

Xatırladaq ki, Paşinyan daha əvvəl sosial şəbəkələrdə kilsə rəhbərliyini sərt tənqid edib  və katolikosun seçilmə qaydasının dəyişdirilərək dövlətin prosesdə əsas rol almasını təklif edib.

İyunun 25-də baş prokurorluğun apardığı genişmiqyaslı əməliyyat zamanı arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı saxlanılıb, Ermənistan İstintaq Komitəsi onların silahlı yolla hakimiyyəti ələ keçirmə cəhdinin qarşısının alındığını bildirib.

Избранный
13
3
modern.az

10Источники