RU

Rəhman Hümmətov: Azərbaycanda yükdaşımalarda ciddi artımlar müşahidə olunur

BAKI, 17 sentyabr. TELEQRAF

Bu sahədə artımların olması vəziyyətində yeni qanunun hazırlanması məqsədəuyğun hesab edilib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, qanun layihəsi beynəlxalq təcrübəni nəzərə alaraq hazırlanıb: "Qanun layihəsinin məqsədi bu sahədə olan boşluqların tamamilə aradan qaldırılması, daha yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi daşıyır”.

Избранный
51
teleqraf.com

1Источники