RU

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdiAzərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa "TruthSocial" hesabında paylaşıma görə təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə "X"də yazıb.

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm",-Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır:

"Dostluğumuza böyük önəm verirəm".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə paylaşım edib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda, bu iki böyük lider və insanla - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq onun üçün böyük şərəfdir.
Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi

Избранный
49
18
sonxeber.az

10Источники