RU

Ankarada FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Ankara Baş Prokurorluğu, FETÖ-nün Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığındakı gizli şəbəkəsinə qarşı istintaq çərçivəsində 10 şübhəli barəsində həbs qərarı çıxarıb.

TurkicWorld xəbər verir ki, prokurorluğun açıqlamasına görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı FETÖ-nün “məxfi xidmətlər” adlanan strukturu ilə əlaqəsi müəyyən edilən şəxslərin təşkilat ilə gizli şəkildə ünsiyyət saxladıqları aşkar olunub.

Onların əlaqə vasitəsi kimi Ankarada fəaliyyət göstərən market və restoranlarda olan sabit xətlərdən istifadə etdikləri bildirilib.

İstintaq nəticəsində biri hələ də vəzifədə olan hərbi qulluqçu, digərləri isə xidmətdən uzaqlaşdırılmış olmaqla ümumilikdə 10 nəfər barədə həbs qərarı verilib.

Şübhəlilərin saxlanılması üçün Ankara mərkəzli 3 şəhərdə eyni vaxtda əməliyyatlara start verilib. Əməliyyatlar Ankara Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən davam etdirilir.

Избранный
7
turkic.world

1Источники