RU

İsrail Cənubi Kiprə “Barak MX” ötürür - Hədəf Türkiyədir - Video

İsrail

İsrailin “Barak MX” hava hücumundan müdafiə sistemini Cənubi Kiprə göndərməsi bölgədə yeni gərginlik yaradıb və Türkiyədə narahatlıqla müşahidə edilib. Sosial şəbəkələrdə dekabr ayından bəri üçüncü göndərişin görüntüləri yayılıb.

Reyting.az
xəbər verir ki, İsrailin keçən həftə Cənubi Kipr rum administrasiyasına göndərdiyi hava hücumundan müdafiə sistemləri artıq ünvana çatıb.

Ötən il imzalanan razılaşmalar nəticəsində İsrail Yunanıstana və Cənubi Kipr rum administrasiyasına qabaqcıl hava hücumundan müdafiə sistemləri göndərib. Bu sistemlər birbaşa Türkiyəyə yönəlib. Bu, dekabr ayından bəri üçüncü göndərişdir. Lakin bu ay göndərilən yükün görüntüləri sosial şəbəkələrdə yayılıb. Cənubi Kipr rum administrasiyasının əldə etdiyi sistemin xüsusiyyətləri İsrailin də iştirak etdiyi Aralıq dənizi silahlanma yarışının miqyasını bir daha ortaya çıxarıb.

Türkiyənin “S-300” və “S-400” sistemlərindən qat-qat təkmil olan “Barak MX” hava hücumundan müdafiə sisteminin Cənubi Kipr rum administrasiyasına çatdırılması Ankarada çaşqınlıq yaradıb.

Qeyd edək ki, “Barak MX” sistemi 150 kilometrə qədər uçuş məsafəsinə malikdir və qabaqcıl müşahidə və kəşfiyyat məlumatlarının toplanması imkanlarına malikdir.

Türkiyəli müdafiə analitiki Arda Mövlutoğlu bildirib ki, bu sistem Cənubi Kiprin 1997-ci ildə Rusiyadan sifariş etdiyi, lakin yerləşdirə bilmədiyi “S-300”-lərdən qat-qat güclüdür.

“Bu radar İsrailin kəşfiyyat şəbəkəsinin mərkəzində olacaq və Türkiyənin hava və quru qüvvələri üçün ciddi təhlükə yaradacaq”, - Mövludoğlu bildirib.

Ancaq bəzi mənbələr Kiprə xas versiyanın bütün xüsusiyyətləri ehtiva etmədiyini qeyd edir.

Qeyd edək ki, Yunanıstan Türkiyənin inkişaf etməkdə olan İHA proqramına qarşı konkret tədbirlər görmək istədiyini dəfələrlə bəyan edib. İndi bu tədbirləri birbaşa İsraildən alır.

Cənubi Kipr rum administrasiyası və media sistemin tam şəkildə təhvil verildiyini və bu il fəaliyyətə başlamasının gözlənildiyini açıqlayıb.



E. KAMAL
Избранный
51
1
reyting.az

2Источники