"Hazırda reanimasiyadadır. Vəziyyəti ağır-stabildir".
Bu sözləri dünən qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva Kulis.az-a açıqlamasında deyib:
"Hazırda reanimasiyadadır. Vəziyyəti ağır-stabildir. Həkimlər əllərindən gələni edirlər. Huşu üstündədir. Ürək döyüntüsü normaldır. Sadəcə qaraciyərində problem var. Vəziyyətini düzəltməyə çalışırlar, sonra əməliyyat olunacaq".