RU

Rusiya öz "Starlink"ini yaradır

Bu barədə "Roskosmos" Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının Baş direktoru Dmitri Bakanov "Соловьев Live" proqramındadanışıb.O, aparıcı Vladimir Solovyovun"hərbçilərimiz Ukrayna Silahlı Qüvvələri kimi ABŞ-də hazırlanmış terminalları işlədirlər"sözünə:

"Tezliklə öz terminalımızı quracağıq. Eyni zamanda, öz peyk cihazımızın da hazırlanması prioritet məsələdir",– cavabını verib.

Dmitri Bakanov hələ iyulun 28-də ölkənin "RBK" xəbər agentliyinəmüsahibəsində"Starlink"in rus analoqunun hazırlandığını diqqətə çatdırmışdı. Onun sözlərinə görə, layihə özəl investor tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, Ukrayna Ordusu müharibə başlayandan bəri havada, dənizdə və quruda rabitə, naviqasiya, dronların idarəsi sahələrində "Starlink" şəbəkəsindən faydalanır. 2024-cü ildə "Defense One" xəbər saytıməlumat yaymışdıki, Rusiya hərbçiləri də bu şəbəkənin terminallarından yararlanırlar. Halbuki "Starlink" Rusiyada rəsmi surətdəəlçatan deyil.

Firudin Həmidli
AzVision.az
Избранный
42
azvision.az

1Источники