RU

Nərimanov sakinlərinin üzünə gələn il bu yol açılacaq - ŞAD XƏBƏR

Paytaxtın Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən Şəki restoranın sökülüb yerində təmir işlərinin aparılması prosesi uzun müddətdir davam edir. Restoranın sökülməsinin səbəbi həmin küçənin kəsiməşində yerləşən dairəsinin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədardır. 

Gundem.az xəbər verir ki, sakinlərin sözlərinə görə, uzun müddət aparılan təmir işləri səbəbindən ərazidə avtomobil sıxlığı yaranıb. 

Tikintinin layihə rəhbəri Nazim İsmayılov bildirir ki, işlərin 60 faizi tamamlanıb. İşlərin ləngiməsi isə kommunikasiya xətləri ilə bağlıdır. 

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, sözügedən layihənin ümumi hissəsinin gələn il bitəcəyi nəzərdə tutulur. /Milli.Az

Избранный
23
2
gundem.az

3Источники