RU

Yaşayış binasında dəhşətli PARTLAYIŞ

Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər İranda yaşayış binasında dəhşətli partlayış baş verib. Hadisə nəticəsində azı altı nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Bildirilir ki, faciə Əhvaz şəhərinin Pərdis bölgəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hazırda xilasedicilər binada araşdırmalar aparır və dağıntılar altında qalan insanların olub-olmadığı dəqiqləşdirilir.

Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Избранный
28
3
hafta.az

4Источники