525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 375,4 manat təşkil edib.
Bu barədə 525.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyun ayları ilə nisbətən 8,4 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 097,3 manat təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.