RU

İsveçrədə treyderin ofisində axtarış aparılır: GİZLİ QIZIL ALVERİ

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Zuq kantonunun polisi Open Mineral treyderinin ofislərində axtarış aparıb.

“İki sahil” "Bloomberg"ə istinadla xəbər verir ki, axtarış Rusiya qızılının ticarəti ilə bağlı mümkün sanksiyalardan yayınma ilə bağlı araşdırmanın bir hissəsi olub.

SECO Bloomberg-ə axtarışı təsdiqləsə də, yerini dəqiqləşdirməyib. O, həmçinin təhqiqat aparılan şəxslərin adlarını açıqlamayıb. "Open Mineral" "Bloomberg"ə bildirib ki, İsveçrə səlahiyyətliləri 2022-ci ildə aparılan əməliyyatlarla bağlı araşdırma ilə əlaqədar onun ofisinə baş çəkiblər.

Избранный
2
1
ikisahil.az

2Источники