RU

AYNA dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum olacaq

AYNA dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov açıqlayıb.

Nazir müavini bildirib ki, ictimai nəqliyyat sahəsində islahatlar davam edir və yaxın gələcəkdə bunun real nəticələrini görəcəyik: Bu sahədə problemlərdən biri dayanacaqlarla bağlıdır. Bu gün bu məsələ müxtəlif qurumlar müəyyən edilir. Bu məsələdə vahid yanaşma zəruridir və bununla bağlı qanunlara dəyişikliklər hazırlanıb. AYNA tərəfindən bu işlərin görülməsi nəzərdə tutulub”.

Избранный
10
10
operativmm.az

10Источники