RU

Paytaxt sakininin avtomobilindən 200 min rubl oğurlandı

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb.

DİN-dən Moderator.az-a verilən məlumata görə, naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar.

E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
5
moderator.az

10Источники