RU

Ceyms Kemeron "Terminator 7" üzərində işləyir

Ceyms

Məşhur kinorejissor Ceyms Kemeron hələ bir il əvvəl "Terminator" silsiləsini davam etdirəcəyini, yeddinci hissəni çəkməyi planlaşdırdığını açıqlamışdı. Son vaxtlar bu layihə ilə bağlı sualı cavablandıran Kemeron bir daha təsdiqləyib ki, ssenari üzərində özü işləyir. Lakin bununla belə, Hollivud ulduzu "Terminator" mövzusu barədə yeni süjet düşünməkdə çətinlik çəkdiyini bildirib.

Reyting.az
-ın xəbərinə görə, CNN telekanalına müsahibəsində Kemeron deyib ki, artıq onun üçün fantastika yazmaq, bu mövzuda işləmək çox çətindir.

Kemeron əlavə edib ki, qarşısına qoyulan vəzifə yeni, fərqli "Terminator" yaratmaqdır: “Amma mən hələ də bu işdə irəliləyə bilmirəm, çünki artıq elə bir hekayə söyləməliyəm ki, onu real hadisələr kölgədə qoymamış olsun. Mənə görə, biz elə bir dövrdə yaşayırıq ki, artıq elmin özü fantastikanı ötüb keçir".

"Terminator" filminin növbəti bölümünü çəkməyi planlaşdıran Ceyms Kemeronun söz açdığı yeni mövzunun süni intellektin sürətli inkişafı ilə bağlı olduğu da ehtimal edilir. Məlum olduğu kimi, məşhur rejissor hələ 2022-ci ildə bildirmişdi ki, onun yeni filmi daha çox robotlardan yox, məhz elə süni intellektin insan həyatına təsirindən olacaq. Rejissor vurğulayıb ki, indiki dövrdə bu sahədəki inkişaf və reallıq bəzən fantastikanı da qabaqlayır.

Qeyd edək ki, Hollivudun dünya şöhrətli kinorejissoru Ceyms Kemeronun lentə aldığı "Terminator. Qaranlıq talelər" filmi özünü doğrulda bilməmişdi.

CNN kanalına müsahibəsində Kemeron "Ümumiyyətlə, "Terminator"-un növbəti hekayəsi hansı istiqamətdə çəkilməlidir?" sualına konkret cavab verməyib.

Oqtay QORÇU
Избранный
21
1
reyting.az

2Источники