RU

Azərbaycanın xidmət ticarəti 6 ayda 9,3 milyard dollara çatdı

Bu ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.3 milyard dolları təşkil edib.

Kommersant.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bunun 5.2 milyard dolları qeyri-rezidentlər tərəfindən

Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin

rezidentlərinə göstərilən xidmətlərdir.

"Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 5.7% azalaraq 1.1 milyard olub. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 705.2 milyon dollar olub. Qeyri-neft-qaz sektoru üzrə

xidmətlər balansının kəsiri isə 342.9 milyon dollar olub", - məlumatda qeyd edilib.

Избранный
14
4
kommersant.az

6Источники