RU

Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini

Azərbaycanda “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb və layihə Almaniya, Hollandiya kimi inkişaf etmiş ölkələrin qanunvericilik təcrübəsinə əsaslanır. Bunu Rabitə və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə qanunu təqdim edərkən bildirib.

“Bu sahədəki normativ boşluqların aradan qaldırılması məqsədilə yeni qanun hazırlanıb. Layihədə yükdaşımalar və ekspedisiya fəaliyyəti ilə bağlı beynəlxalq standartlara uyğun mexanizmlər əksini tapıb,” –  nazir müavini qeyd edib.

Onun sözlərinə görə, 2024-cü ildə ölkədə rekord səviyyədə – 15 milyon tona yaxın yükdaşımalar qeydə alınıb. Bu artım, xüsusilə, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb.

“Yükdaşımalar sahəsində hüquqi əsasların gücləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün vacibdir. Bu qanun həm tranzit imkanlarımızı genişləndirəcək, həm də sektorda şəffaflığı təmin edəcək,” –  Hümmətov əlavə edib.

Gülnar Nazimqızı

Избранный
33
3
anews.az

4Источники