RU

Birinci yarımildə ilkin gəlirlər balansının kəsiri açıqlanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu ilin birinci yarısında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0,3 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 12,3 faiz azalaraq 1,1 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3,8 milyard dollar olub.

“Bunun 64,2 faizini 2,4 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1,6 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1,5 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (126,4 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (245,5 milyon dollar) və digər ödənişlər ( 426 milyon dollar) təşkil edib. Digər ödənişlərin böyük hissəsi (301,5 milyon dollar) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcminin 0,9 milyard dollar məbləğində qiymətləndirilir”, - deyən Samir Nəsirov bildirib ki, daxilolmalar 590,6 milyon dollar, ödənişlər isə 308,4 milyon dollar təşkil edib.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90,4 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4,7 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 4,9 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 6 faiz daralaraq 534 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 8,3 faiz azalaraq 238,2 milyon dollar olub. Nəticədə pul baratları üzrə 295,8 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 282,2 milyon dollar (17,8 faiz azalma) təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
azertag.az

2Источники