RU

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

2 piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, piyada, keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır: "Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidininin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.

Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib.

Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərdindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi".

Təhlükənin aktuallığını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyada və sürücülərə müraciət edib:

"Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər".

O da qeyd olunub ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Belə ki, bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Избранный
10
26
sabahinfo.az

10Источники