RU

Aİ Çin şirkətlərinə qarşı sanksiyalar hazırlayır: Rusiyaya görə+

Avropa İttifaqı 2025-ci il sentyabrın 19-da Çin şirkətlərinin Rusiyaya qarşı yeni sanksiyalar paketinə daxil edilməsi imkanını müzakirə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Qeyd edək ki, nəşr sentyabrın 17-də baş tutmalı olan paketin təqdimatının qeyri-müəyyən müddətə təxirə salındığını qeyd edib.

Qəzetin yazdığına görə, Çinə qarşı tədbirlər ABŞ-ın istədiyindən daha az əhatəli görünür, lakin Brüssel Vaşinqtonu Moskvaya təzyiqi artırmağa sövq etməyə ümid edir. Bu arada Avropa anlayır ki, bu cür addımlar çətin ki, ABŞ prezidenti Donald Trampı heyrətləndirsin.

Nəşrə görə, Aİ potensial “tələ”dən qorxur. Tramp Brüsselin qeyri-real hesab etdiyi Çin mallarına 50-100%-ə qədər Avropa tarifləri tələb edir. Avropalı rəsmilər hesab edirlər ki, o, danışıqları ləngitmək üçün belə şərtlərdən istifadə edə bilər.

Избранный
20
publika.az

1Источники