RU

Portuqaliya mətbuatı: Qarabağ ın qələbəsi Benfika üçün soyuq duş oldu

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanaraq Azərbaycan klub futbolunun tarixinə qızıl səhifə yazdı. Ağdamlılar I turda səfərdə Portuqaliyanın "Benfika" komandasını 3:2 hesabı ilə məğlub etdilər. "Köhlən atlar" görüşün 16-cı dəqiqəsində 0:2 hesabı ilə geridə olarkən inanılmaz geridönüş etdilər.

Ağdam klubunun qələbəsi azarkeşlər üçün əsl bayrama çevrildi. Bundan əlavə, Avropanın bütün aparıcı idman nəşrləri t'msil,imizin uğuru haqqında yazdı. Portuqaliyada matçın nəticəsi geniş rezonans doğurdu və "Benfika" azarkeşlərini şoka saldı.

Ölkənin ən nüfuzlu gündəlik qəzetlərindən biri olan "Público" qeyd edib ki, görüşün ilk dəqiqələrində "Benfika"nın oyunu qüsursuz görünürdüsə, "Qarabağ"ın təzyiqi altında Portuqaliya klubu paramparça oldu. Nəşr yazır ki, "Benfika" azarkeşləri öz komandasının oyunundan açıq şəkildə narazılıqlarını bildiriblər.

"Público" "Qarabağ"ı "Benfika"nın özünün gözlənilmədən xəstələndiyi "dərman"la müqayisə edib: "Oyundan əvvəl Azərbaycan çempionatında yeddinci yerdə olan komandanın "qırmızılar"ın son vaxtlarda üzləşdikləri bəlalara qarşı mükəmməl çarə olacağını təsəvvür etmək asan idi. İlk dəqiqələrdən sonra bu təəssürat daha da gücləndi: aşkar pressinq çatışmazlıqları olan Azərbaycan klubu rəqibə istədiyi kimi oynamağa imkan verdi. Lakin birdən hər şey dəyişdi - və "dərman" xəstəliyə çevrildi".

\Report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
azxeber.com

2Источники