RU

Putinin dediklərini təsdiqlədi – Rusiyadan daha bir hücum anonsu

"Ukraynadakı sülhməramlılar mahiyyətcə işğal qüvvələrinə çevriləcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına açıqlamasında deyib.

O, belə kontingentlərin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacağını bildirib.

Lavrovun sözlərinə görə, Avropa və Kiyev ABŞ Prezidenti Donald Trampı sülhməramlı səylərdən əl çəkməyə və Ukrayna nizamlanmasını pozmağa məcbur etməyə çalışır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də oxşar bəyanatla çıxış etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
1
olaylar.az

2Источники